adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Sentyabr 2019 11:56
47297
MƏDƏNİYYƏT
A- A+

Ərdoğan: “Heç vaxt belə gözəl hədiyyə almamışdım...”

Səlçuq Univeristetinin professoru Dr. İlham Ənvəroğlu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana "Məzlumun zalimə dur deyişidir” adlı rəsmini təqdim edib.

Adalet.az xəbər verir ki, əsərin özəlliyi rəsmdə R.T.Ərdoğanın öz əlinin təsvir edilməsidir. Müəllif rəsmdəki rəngarəngliyin bu coğrafiyadakı çeşidliliyə, ağacın Osman Qazinin yuxusunda gördüyü ağac olduğuna, ovuc içində olan Əbdulhəmidin Möhürünün isə Ərdoğanın ölkə və dünya siyasətində əldə etdiyi uğurlara işarə olduğunu qeyd edib. Rəsm 160x140 ölçüsündədir.

İlham Ənvəroğlu həmçinin "Rabia” işarəsi təsvir etdiyi bu rəsmlə Ərdoğanın Türkiyə və digər ölkələrdə qazandığı uğurları təbrik etdiyini deyib:

"Bu rəsmi dünya liderləri arasında dünyadakı yetim və məzlumlar məsələsinə ən çox dəstək verən, müqəddəs saydığımız dəyərləri müdafiə edən bir adam olduğu üçün çəkdim. Onu təbrik edirik!”

Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində rəssama zəng edərək əsəri çox bəyəndiyini və öz malikanəsinə gətirməsini istəyib. Daha əvvəl belə gözəl hədiyyə almadığını deyən prezident bu rəsmi iş otağından asacağını deyib.

Ulucay Akif