adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Sentyabr 2019 11:41
10446
GÜNDƏM
A- A+

Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçirilib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinq keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster aparıblar.