adalet.az header logo
  • Bakı 12°C
04 Sentyabr 2019 09:44
9423
MƏMLƏKƏT
A- A+

Beş rayonda qaz olmayacaq

Sentyabrın 4-də saat 10:00-dan etibarən işlər başa çatanadək bir sıraərazilərin qaz təchizatında dayandırmalar tətbiq olunacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, mövsümiişlərin icra olunması ilə bağlı Beyləqan rayonunun bir neçə kənd və qəsəbəsində, qaz xətlərində birləşdirmə işlərinin görülməsi ilə bağlı Abşeron rayonunun Müşfiqabad və 28 May qəsəbələrində, Qaz İxrac İdarəsinin ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədar Hacıqabul və Şirvan rayonlarının bir qrup abonentinqaz təchizatında fasilələr yaranacaq.

Bundan başqa, saat 10:00-dan etibarən sentyabrın 5-dək Qaz İxrac İdarəsinin həyata keçirdiyi yenidənqurma işləri ilə bağlı Ağstafa rayonunun bir neçə yaşayış məntəqəsində də qaz olmayacaq.