adalet.az header logo
  • Bakı 20°C
04 Sentyabr 2019 09:19
27615
DÜNYA
A- A+

Tramp ABŞ-ın dördüncü ştatında fövqəladə vəziyyət elan edəcək

ABŞ prezidenti Donald Tramp "Dorian" qasırğası səbəbindən Şimali Karolinada fövqəladə vəziyyət elan edəcəyini söyləyib.

Bu barədə ABŞ prezidenti öz "Twitter" səhifəsində yazıb.

D.Tramp deyib: "Senator Tom Tillisin xahişi ilə mən bu axşam Şimali Karolinada fövqəladə vəziyyət barədə bəyannamə hazırlayıb imzalayacam".

Prezidentin belə bir elanı federal hakimiyyət orqanlarının fəlakətə qarşı mübarizədə və zəruri hallarda onun nəticələrinin aradan qaldırılmasında kömək edəcəyi deməkdir.