adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Sentyabr 2019 09:09
8279
MƏMLƏKƏT
A- A+

Nazirlik Bakıda yanğında xəsarət alanlarla bağlı məlumat yayıb

Səbail rayonu Nizami küçəsində gecə saatlarında baş verən yanğın zamanı 3 nəfər təcili yardıma müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yerinə gələn təcili tibbi yardım briqadasına hər hansı bir yanıq xəsarəti ilə müraciət edən olmayıb: "Təcili yardım briqadasına nevrotik reaksiya diaqnozu ilə 1 kişi və 2 qadın yaxınlaşıb. Müraciət edənlərə yerində yardım göstərilib".

Xatırladaq ki, ötən gün gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.