adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Sentyabr 2019 17:31
9852
HADİSƏ
A- A+

Bakıda naməlum şəxslər marşrut avtobusuna hücum etdi, pəncərə sındırıldı

Bakıda naməlum şəxslər "BakuBus” avtobusunun pəncərəsini sındırıb.

Bu barədə "BakuBus” MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, "BakuBus” MMC-yə məxsus avtobusun pəncərə şüşəsi naməlum şəxslər tərəfindən sındırılıb.

Hadisə sentyabrın 2-də axşam saat 20:00 radələrində Gəncə prospektində qeydə alınıb.

21 nömrəli marşrut xətti üzrə metronun "28 May” stansiyasının qarşısından "Əhmədli” stansiyası istiqamətində hərəkət edən avtobusa yolun kənarındakı ağacların arasından naməlum şəxslər tərəfindən ağır əşya atılıb. Həmin əşya avtobusun pəncərəsinə dəyib və zərbənin gücündən şüşə sınıb.

Hadisə ilə bağlı Bakı şəhəri Xətai rayon 35-ci Polis Bölməsində araşdırma başlanıb.