Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bakı avtovağzalından yay aylarında 1 milyondan çox sərnişin daşınıb Adalet.az | Bakı avtovağzalından yay aylarında 1 milyondan çox sərnişin daşınıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Bakı avtovağzalından yay aylarında 1 milyondan çox sərnişin daşınıb

5046    |   2019-09-03 16:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yay aylarında Bakı Beynəlxalq Avtovağzal kompleksində şəhərlərarası və beynəlxalq istiqamətlərə sərnişin sayında artım müşahidə olunub.

Bunu Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.

Onun sözlərinə görə, üç ay ərzində 1 milyondan çox sərnişinin avtovağzaldan gedişi təmin olunub: "Son 3 ay ərzində (iyun, iyul, avqust) BBAK 38 089 reys həyata keçirib. Bu reyslər üzrə 1 milyon 14 min 748 sərnişin daşınıb. Bunlardan 92 min 916 nəfəri İstanbul, Marneuli, Tbilisi və Batumi şəhərləri istiqamətlərinə yola düşən sərnişinlərin payına düşüb. Qalanları isə Gəncə, Qırmızı Körpü, Quba, Mingəçevir, Qusar, Şəki şəhərlərinə səfər edənlər üstünlük təşkil edib".

P.Məmmədova sərnişinlərə xatırladıb ki, mövsümlə əlaqədar Batumi istiqamətində sonuncu reys sentyabrın 4-də yola düşəcək.

Qeyd edək ki, biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək əldə etmək mümkündür. "Onlayn” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.

Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.




İmza:

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

Azərbaycan və Rusiya gömrük orqanları arasında protokol imzalanıb

BNA-dan küləkli hava ilə bağlı sərnişinlərə müraciət

XALİD KAZIMLI BAKIDAKI ERMƏNİLƏRİN XƏTRİNƏ DƏYİR

Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib

“AzerGold” rəhbərliyi Tacikistan nümayəndə heyəti ilə görüşdü

APARICILAR GÜL VURUR EY!

İlham Əliyev Neftçilər günü münasibətilə keçirilən mərasimdə

8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub

Qətlə yetirilmiş polis anasından Prezidentə məktub: "Bu ağır cinayətin üstünü ört-basdır etmək bu qədərmi asandır?"

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK