Əbülfət Mədətoğlundan yeni şeir: ADAM
Kim deyir şükür eləmə! -
Bu da bir dayaqdı adam...
Sübh çağı küfür eləmə -
Tanrımız oyaqdı, adam.
Hər qara xəbər içində
Yer var təsəlli üçün də!
Əzəldən torpaq üstündə -
Canımız bayraqdı , adam!
Görünməz quyu dibi tək
Əl uzat. ocaq külü çək...
İstərsən qoru, becər, ək -
Bu dünya oylaqdı, adam...
Dağ sıldırım, aran kəsə
Batıb sükut yaran səsə...
Hər dişi ağaran kəsə -
Deməki, doydaqdı! -adam...
... Kimisi atıb gedəcək
Kimisi yatıb gedəcək.
Tək Allah höküm verəcək -
Qalanı boyaqdı, adam...