hacklink Adalet.az | Azərbaycanın 6 polisi Türkiyə Milli Polis Akademiyasında magistr təhsili alacaq Adalet.az | Azərbaycanın 6 polisi Türkiyə Milli Polis Akademiyasında magistr təhsili alacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycanın 6 polisi Türkiyə Milli Polis Akademiyasında magistr təhsili alacaq

6249    |   2019-09-03 15:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında” 25 oktyabr 2011-ci il tarixli protokola əsasən, 2019-2020-ci tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində magistr təhsili almaq üçün Azərbaycan Polisinə 6 yer ayrılıb.

Daxili İşlər Naizlirliyi (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişinə əsasən DİN-in "Avtomatlaşdırılmış kadr informasiya sistemi” vasitəsilə şərtlərə uyğun olaraq bakalavr ali təhsil dərəcəsinə malik, türk dilini yaxşı bilən, fiziki hazırlıqlı, geniş dünyagörüşlü, müasir informasiya texnologiyaları ilə işləməyi bacaran 6 əməkdaş seçilərək sənədləri qardaş Türkiyənin müvafiq təhsil müəssisəsinə göndərilib.

Bu münasibətlə seçilən namizədləri qəbul edən Daxili İşlər naziri Vilayət Eyvazov onları təbrik edərək, iki qardaş ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib, təhsil alacaqları dövrdə Türkiyəli həmkarlarının təcrübələrindən yararlanmağı, öz üzərlərində daim işləməyi, biliklərini və fiziki hazırlıq səviyyələrini artırmalarını tövsiyyə edib.

O əmin olduğunu bildirib ki, təhsil alacaqları müddətdə onlar Azərbaycan Polisini, xalqımızı şərəflə təmsil edəcəklər. (report)



İmza:
SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK