adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Sentyabr 2019 14:29
15573
GÜNDƏM
A- A+

Yeni dərs ilinin əvvəlində 43 yeni məktəb binası istifadəyə veriləcək

Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.

2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yeri olan 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.