adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 Sentyabr 2019 12:42
15463
ELM VƏ TƏHSİL
A- A+

Bu ilin ilk dərslərində müharibə iştirakçıları, veteranlar da iştirak edəcək

Azərbaycanda yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi "İdman və sağlamlıq", V-IX siniflərdə "Mütailə - mənəvi zənginliyə aparan yol", X-XI siniflərdə isə "Azərbaycan inkişaf yollarında"mövzularına həsr olunacaq.

Bu barədə Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.