adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Sentyabr 2019 12:24
9731
HADİSƏ
A- A+

Azərbaycandan pul və qızıl əşyalar çıxarmaq istəyən əcnəbilər saxlanılıb

Gömrükçülər külli miqdarda xarici valyuta və zərgərlik məmulatının ölkənin gömrük sərhədindən düzgün bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda Türkmənistan Respublikasına getmək istəyən bu ölkənin vətəndaşları saxlanılıb və hərəkətləri şübhə doğurduğu üçün onlarla fərdi şəkildə sorğu-sual aparılıb.

Nəticədə, həmin vətəndaşların birindən 30 000 ABŞ dolları, digərindən isə ümumi çəkisi 288,38 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.