adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Sentyabr 2019 10:24
17826
SİYASƏT
A- A+

Cənubi Koreyanın səfirliyinə gülləli təhdid məktubu gəlib

Güllə ilə təhdid məktubu Cənubi Koreyanın Yaponiyadakı səfirliyinə göndərilib.

Adalet.az "RİA Novosti”ə istinadən xəbər verir ki, anonim göndərilən məktub Koreya Respublikasına ünvanlanıb. Məktubu göndərən şəxs atəşli silahının olduğunu və koreyalıları təqib edəcəyini yazıb.

Məlumata görə "Koreyalılar, ölkəmizdən rədd olun!” yazılan məktubun zərfində həmçinin bir güllə də olub.

Təxmin edilir ki, bu insident Yaponiya və Cənubi Koreya arasındakı son iqtisadi sürtünmələrdən sonra iki ölkə arasında münasibətin pozulması üçün edilib.