Nazirlik: Yalan məlumat verən fermer subsidiyadan məhrum ola bilər
Azərbaycanda əkin sahəsi barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə yalan məlumat verən fermer subsidiyadan məhrum ola bilər.
Bunu bu gün keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
Onun sözlərinə görə, sistemə fermer tərəfindən daxil edilən infomasiya operativ yoxlanılacaq və araşdırılacaq.
Əgər daxil edilən informasiyada 5 faizə qədər səhv məlumat aşkarlanarsa, fermerə düşən subsidiya veriləcək:
"Əgər məlumatda 20 faiz xəta aşkarlanarsa, həmin fermerin qanuni subsidiyası 30 faiz azaldılacaq. Əgər xəta 30-50 faiz artırılıbsa, sahibkar 1 il, 50 faizdən artıq olarsa, 2 il subsidiyadan məhrum ediləcək".
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06