Nazirlik: Yalan məlumat verən fermer subsidiyadan məhrum ola bilər
Azərbaycanda əkin sahəsi barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə yalan məlumat verən fermer subsidiyadan məhrum ola bilər.
Bunu bu gün keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
Onun sözlərinə görə, sistemə fermer tərəfindən daxil edilən infomasiya operativ yoxlanılacaq və araşdırılacaq.
Əgər daxil edilən informasiyada 5 faizə qədər səhv məlumat aşkarlanarsa, fermerə düşən subsidiya veriləcək:
"Əgər məlumatda 20 faiz xəta aşkarlanarsa, həmin fermerin qanuni subsidiyası 30 faiz azaldılacaq. Əgər xəta 30-50 faiz artırılıbsa, sahibkar 1 il, 50 faizdən artıq olarsa, 2 il subsidiyadan məhrum ediləcək".
Digər Xəbərlər
23 Aprel 2024 16:18
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı: İlk sərhəd dirəyi quraşdırıldı - YENİLƏNİB
23 Aprel 2024 14:57İstanbul valisindən saxta erməni soyqırımı tədbirlərinə YASAQ
23 Aprel 2024 13:38Boşanmaq istəyənlər 15 dollar ödəyəcək
23 Aprel 2024 13:29Ermənistan ordusu Qazaxın kəndlərindən geri çəkildi
23 Aprel 2024 13:27