adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Sentyabr 2019 17:49
8468
HADİSƏ
A- A+

Bakı-Gəncə sərnişin avtobusu piyadaya görə qəza etdi - DİN araşdırmalara başladı

Gəncədən Bakıya gələn sərnişin avtobusu paytaxta girişdə qəzaya uğrayıb.

Bu barədə  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, qəzaya səbəb avtobusun yoluna piyadanın çıxması olub:

"Səhər saatlarında Gəncədən Bakıya gələn sərnişin avtobusu qəzaya uğrayıb. Buna səbəb isə magistral yolda avtobusun yoluna piyadanın çıxmasıdır. Sürücü onu vurmamaq üçün manevr edib və nəticədə qəza törədib. Avtobusun salonunda sərnişin olmayıb, yalnız iki dispetçer, sürücü və daşıyıcı şirkətin nümayəndəsi olublar, xoşbəxtlikdən də onlar heç bir xəsarət almayıblar".

N. Allahyarova əlavə edib ki, baş vermiş hadisə ilə bağlı polis araşdırmalara başlayıb:

"Artıq bu iş nəzarətə götürülüb. Daxili İşlər Nazirliyində, istintaq gedir, araşdırmalar başlanılıb. Qəzaya uğrayan avtobus isə evakuasiya olunaraq qaraja aparılıb".