adalet.az header logo
  • Bakı 7°C
02 Sentyabr 2019 17:44
63044
TEXNOLOGİYA
A- A+

Azercell korporativ müştəriləri üçün yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

"Azercell Telekom” MMC korporativ müştəriləri üçün yeni nəsil "Biznesim İnternet Xətti” xidmətini istifadəyə verib. Etibarlı və yüksək-sürətli internet bağlantısı vasitəsilə Azercell müştərilərinə rəqəmsal dünyada öz bizneslərini hər zaman onlayn saxlamağa yardım edəcək.


"Biznesim İnternet Xətti” xidməti sayəsində korporativ müştərilər internet bağlantısını bölüşmək və ya istehlakçı trafiki ilə rəqabət aparmaq məcburiyyətində qalmayacaq.

Şirkətin işləri daima etibarlı internet bağlantısını tələb edən veb-saytın idarə edilməsi və ya onlayn satışlar, İP üzərindən Səs (Voice over IP) xidmətləri, bulud tətbiqləri və ya iri həcmli fayl köçürmələri ilə əlaqədardırsa, o zaman "Biznesim İnternet Xətti” xidməti ən ideal seçimə çevriləcək. Daimi bağlantını təmin etmək üçün standart və şərti təhlükəsizlik seçimlərinin təklif olunduğu xidmətin bir sıra üstünlükləri var:

· Ehtiyacınız olan sürət

5Mb/s, 10Mb/s, 15Mb/s, 20Mb/s, 30Mb/s, 50Mb/s və ya 100Mb/s paketlərindən korporativ müştərilər biznesləri üçün ən uyğun olanını seçə biləcək. Xidmətin xüsusi imkanı trafikin gözlənilməz yüksəlişləri zamanı ötürmə zolağını gücləndirəcək, idarəolunan portlar isə trafikin planlaşdırılan yüksəlişi üçün hazırlığı təmin edəcək.

· Etibarlı bağlantı

24/7 rejimində çalışan dəstək, monitorinq xidməti və ikili bağlantı sayəsində iş prosesində vacib sayılan tətbiqlər hər zaman onlayn olacaq.

· Rəqabətdən kənar xidmət

"Biznesim İnternet Xətti” xidməti çərçivəsində 100%-lik ötürmə zolağı təklif olunur. Belə ki, ayrılmış simmetrik sxemlər vasitəsilə ötürmə zolağının yalnız müştəriyə məxsus olması, yükləmə sürətlərinin isə sabitliyi təmin ediləcək.

" Korporativ müştəriləmizə innovativ telekommunikasiya həlləri ilə xidmət göstərmək məqsədilə başladığımız genişmiqyaslı Şəbəkə İnteqrasiyası və Transformasiya proqramının hal-hazırda tam mərkəzindəyik” deyə Korporativ Seqment Biznes strukturunun rəhbəri Giorgos Chatzis qeyd edib. "Xidmətlərimizin hüdudlarını genişləndirmək, Azercell-i Azərbaycanda korporativ müştərilər üçün yeganə dayaq halına gətirmək transformasiyamızın əsas tərkib hissəsidir” - G. Chatzis vurğulayıb.

Xidmətə qoşulmaq üçün [email protected] elektron poçt ünvanına müraciətinizi göndərə bilərsiniz.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi vəsərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.