adalet.az header logo
  • Bakı 13°C
02 Sentyabr 2019 17:42
8779
HADİSƏ
A- A+

Sulutəpədə avtomobillə vurulan piyada xəstəxanada öldü

Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, sentyabrın 1-də saat 23 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində Zərdab rayon sakini E.Xancanov idarə etdiyi "VAZ-2121” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elşən Alıyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.