adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Sentyabr 2019 16:20
30817
MARAQLI
A- A+

Xoruz yaşlı qadını öldürdü

Avstraliyada yaşlı bir qadın hində yumurta topladığı zaman xoruzun hücumuna məruz qalıb və bu hücum sonrasında həyatını itirib.

Adalet.az xəbər verir ki, xoruz dimdiyi ilə qadının şah damarını partladıb və çoxlu qan itirən qadın ölüb.
Insanları şok edən bu hadisə zərərsiz heyvanların da öldürücü ola biləcəyinə dair xəbərdarlığın edilməsinə yol açıb.

İngilis "Daily Star” qəzetinin xəbərinə görə, Adelaide Universitetinin tibb uzmanı Roger Byard digər bir yaşlı qadının da pişiyinin cırmaqlaması nəticəsində öldüyünü deyib.

Zərərsiz heyvanların səbəb olduğu ölümlər üzərində çalışan professor Byardın məqsədi həkimlərinin də ekspertiza rəyləri əsasında insanları bu gizli təhlükədən qorumaqdır.