adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
02 Sentyabr 2019 16:18
26973
DÜNYA
A- A+

Ermənilərə olar, bizə yox?

Ermənistanda bir qrup gənc sentyabrın 1-i gecə saat 22:00-da növbəti kütləvi yürüşə start verib. Yürüş Azərbaycan Respublikasının 28-ci ildir işğal altında qalan Xankəndi şəhərindən başlayıb.

Adalet.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, qondarma separatçı-terrorçu rejimin "müstəqilliyi”nin 28-ci ildönümünə həsr olunmuş yürüş erməni gənclərin "Qələbə” təşəbbüs qrupunun ideyası əsasında başlanıb. Yürüşün məqsədi isə "hər iki erməni respublikasının müstəqilliyini və onların qalibiyyəti”ni qeyd etməkdir. Yürüş iştirakçıları sentyabrın 20-dək Azərbaycan və Ermənistanın 30 şəhərindən keçərək aksiyanı İrəvanda başa çatdırmağı planlaşdırıb.

Bu sərhədlərdən keçməklə Dağlıq Qarabağın separatçı gəncləri yürüşə başlayıb. İşğalçılar bizim torpaqlarımızda yürüş keçirdir. Görəsən 21 sentyabrda biz də cəbhə bölgəsinə yürüş keçirə biləcəyikmi? Onlara olar, bizə yox?