adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Sentyabr 2019 11:18
8799
HADİSƏ
A- A+

Mingəçevirdə binadan yıxılan 2 yaşlı uşağın vəziyyəti - AÇIQLAMA

Mingəçevirdə yaşayış binasından yıxılan azyaşlı əməliyyat olunub.

Bu barədə Trend-ə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildiriblər. Binanın üçüncü mərtəbəsindən yıxılan şəhər sakini - 2017-ci il təvəllüdlü Rəcəbov Uğur İlkin oğlu öd kisəsinin əzilməsi, qaraciyərin və dalağın cırılması, 12 barmaq bağırsaq divarının partlaması xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılan kimi cərrahiyyə şöbəsinə alınaraq əməliyyat olunub. Xəstəxanadan qeyd edilib ki, hazırda uşağın vəziyyəti stabildir. O, reanimasiya şöbəsində aparata qoşulu vəziyyətdə müalicə alır.