adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Sentyabr 2019 11:16
11300
GÜNDƏM
A- A+

Səhiyyə Nazirliyinin adından jurnalistlərə saxta e-mail göndərildi

Səhiyyə Nazirliyi bu qurumun adından jurnalistlərə e-mail göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 2-də bir çox media qurumunun və jurnalistlərin e-mail ünvanlarına Səhiyyə Nazirliyinin adından saxta press-reliz göndərilib:

"Qeyd edirik ki, "[email protected]" mail ünvanının Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur. Səhiyyə Nazirliyinin rəsmi email ünvanı [email protected]ır".