Bakı və Ağdamın bəzi ərazilərində qaz olmayacaq
Sentyabrın 2-də Bakının Səbail rayonunda saat 12:00-dan 16:00-dək bir qrup abonentin qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Adalet.az-a verilən məlumata görə, sözügedən ərazidə dövlət yoxlamasından keçirilmiş yeni qurğular əvəzlənəcək, metroloji göstəricilər təftiş olunacaq.
Bundan başqa, saat 10:00-dan etibarən işlər başa çatanadək Ağdam rayonunun bir neçə qəsəbə və kəndində qaz təchizatında dayandırmalar olacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırılmış siyirtmənin araqatının dəyişdirilməsi işləri aparılacaq.
Digər Xəbərlər
25 Aprel 2024 11:52
Heç olmasa, Musa Yaqubun xətrinə...
25 Aprel 2024 11:45Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTOLAR
25 Aprel 2024 10:40Vətəndaşlar öz avtomobilləri ilə Laçına gedə biləcəklər
25 Aprel 2024 10:32Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdən
24 Aprel 2024 14:41