adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Sentyabr 2019 10:07
21508
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: SUSQUNLUĞUN YOZUMU

Bu anda susqunluğum -
Öz - özümə vidadı...
Həyatla aramızda -
Kövrək bir əlvidadı...

Gecə - gündüz bilmədən -
Ahım oldu zil , nədən?..
Ömrüm keçən ilmədən -
Uzanan əl - butadı!..

And verdim sənə pir, gə
Qalmadı daha sirr, gə...
Məni zamanla birgə -
Zərif bir əl budadı!..

Arı uçan pətəkdən
Gəzdim ümid və tək dən!
Bir əl tutub ətəkdən -
O biri əl -Vidadı!