Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Paşinyan Qarabağa dair yeni utopik tezislər irəli sürdü Adalet.az | Paşinyan Qarabağa dair yeni utopik tezislər irəli sürdü Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Paşinyan Qarabağa dair yeni utopik tezislər irəli sürdü

3654    |   2019-09-01 16:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ermənilər elə birlik və güc nümayiş etdirməlidir ki, istənilən mümkün düşmən Ermənistana qarşı hərbi addımlardan bəribaşdan imtina etsin.

Adalet.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Qarabağ münaqişəsinin həlli yollarından danışarkən bu utopik tezisi irəli sürüb.

Bundan əvvəl Paşinyan Xankəndində çıxışı zamanı "Qarabağ Ermənistandır. Nöqtə” demişdi və Ermənistanın 2050-ci ilə qədər elə inkişaf hədəflərini açıqlamışdı ki, hətta öz tərəfdarları belə ona inanmamışdı. Bura Ermənistan əhalisinin 4 milyon nəfər çatdırılması, maaşların, ÜDM-in, səhiyyə və hərbi xərclərin 10 dəfəyədək artırılması kimi utopik məqsədlər daxil idi. Paşinyan bu fantastik hədəflərə necə çatmaq yolları barədə heç nə deməmişdi.

Bir neçə gün əvvəl isə o, guya münaqişənin etimologiyasını əsaslandıra bilmək üçün Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxmasını Azərbaycan SSR-in SSRİ-nin tərkibindən çıxması ilə müqayisə etmişdi. Hansı ki, sovet dövründə heç bir muxtariyyətə daxil olduğu respublikanın tərkibindən çıxmaq hüququ verilməmişdi. Müttəfiq respublikalar isə SSRİ-nin tərkibindən çıxmaq hüququna formal da olsa malik idilər.

İndi isə Paşinyan Fransada nəşr edilən erməni jurnalı "Nouvelle d'Arménie”-ə verdiyi müsahibədə deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə hərbi və ya diplomatik müstəvidə mümkün deyil. "Bizdə münaqişə var və o nizamlanmayıb. Əgər biz xalqıqsa və strateji düşüncəyə malikiksə, hansı ki, mən buna əminəm, o zaman biz məsələni qısa müddətdə, bir neçə günə həll edə bilmərik. Qarabağ məsələsinin həlli üçün ölkənin potensialının konsolidasiyası lazımdır. İlk növbədə zəruridir ki, Ermənistan iqtisadiyyatı və cəmiyyəti rəqabət qabiliyyətli olsun, daimi inkişaf yoluna çıxsın”,-o deyib.

Onun sözlərinə görə, məsələnin həlli üçün geniş kombinasya lazımdır, bunun mərkəzində isə rəqabət qabiliyyətli iqtisadyyat, güclü cəmiyyət və yüksək texnologiyalar dayanmalıdır.

"İdeya bundan ibarətdir ki, bizim mümkün rəqiblərimizə bunu nümayiş etdirək: xalq olaraq biz o qədər birik və cəmiyyət olaraq o qədər səfərbər olunmuşuq ki, dövlət kimi o qədər güclüyük ki, bizimlə döyüşmək mənasızdır, çünki bunun yeganə nəticəsi məğlubiyyət olacaq”,-Vovanın oğlu Nikol belə deyib.

Paşinyanın hakimiyyətə gəlişindən bu yana Qarabağ məsələsiinə dair çox vaxt bir-birini təkzib edən, əsasən pafosa və əlçatmaz xəyallara söykənən tezisləri artıq onun qeyri-ciddi siyasətçi obrazının formalaşmasına səbəb olub. Belə görünür ki, bu adam köhnə peşəsindən-90-cı illərə xas olan hay-küylü, pafoslu jurnalistika vərdişlərindən əl çəkə bilmir. Və həmin vərdişləri hər addımda öz siyasətində əks etdirir. (virtualaz.org)



İmza:

“Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq

Nazir : "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub

Nazir müavini: Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək

Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi

Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır

Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb

Təqaüddə olan deputatların da pensiyası artacaq - Komitə sədri

"Azərişıq": Qubada baş verən qəza ilə bağlı araşdırma başlandı

Xoşbəxt Yusifzadə: AÇG istifadəyə veriləndən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib

Rusiyanın 6 şəhərində Azərbaycan təbliğ ediləcək

Təmas xəttində monitorinq insidentsiz başa çatıb

SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK