adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Sentyabr 2019 16:00
9397
GÜNDƏM
A- A+

Venesuela Kolumbiyanı terrorçuluğa dəstək verməkdə ittiham edib

Venesuela hakimiyyəti Kolumbiyanın terrorçulara dəstək verməsi barədə inandırıcı sübutları BMT-yə təqdim etmək niyyətindədir.

Adalet.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Delsi Rodriqes bildirib.

O, qeyd edib ki, Venesuela BMT-yə Kolumbiya lideri İvan Dukenin terrorçulara kömək və onları müdafiə etməsi faktı barədə inandırıcı sübutları beynəlxalq təşkilata verəcək. Delsi Rodriqes özünün "Twitter"dəki səhifəsində bildirib ki, terrorçular Kolumbiyada təlim keçir, həmçinin bu ölkədən silah alırlar.

Delsi Rodriqeslə yanaşı, Venesuela lideri Nikolas Maduro da bildirib ki Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe Bolivar Respublikası başçısına sui-qəsd məqsədi ilə Venesuelaya muzdluları göndərməyi planlaşdırıb.