adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Sentyabr 2019 14:45
9040
GÜNDƏM
A- A+

İran Xəzərdə hərbi təlimlərə start verdi

İran Ordusunun Hərbi Dəniz Qoşunları Xəzər dənizində "Davamlı Təhlükəsizlik" adlı hərbi təlimlərinə başlayıb.

Adalet.az-ın məlumatına görə, hərbi təlimlər sülh və dostluq məqsədi daşıyır. Təlimlərdə məqsəd dənizdə döyüş bacarığının yüksəldilməsidir.

İranın gəmi və uçuş vasitələri, o cümlədən esmineslər, torpedalar, qırıcı təyyarələr və helikopterlər, piyada və komandoslar hərbi təlimdə iştirak edirlər.

Təlimlər 25,8 min dəniz mili ərazisində keçirilir.