adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Sentyabr 2019 12:11
8188
GÜNDƏM
A- A+

Məşhur tennisçi uşağı xilas edib

İspaniyalı tennisçi Rafael Nadal ABŞ-ın Açıq Çempionatında (US Open) avtoqraf sessiyası zamanı basırığa düşən uşağı xilas edib.

"Report"un məlumatına görə, Nadal avtoqraf payladığı vaxt azarkeş toplusunda sıxılıb qalmaqdan ağlayan uşağı görüb. O, azyaşlını qaldıraraq öz yanında saxlayıb. Uşağı sakitləşdirən tennisçi onun beysbol papağına imza atıb.

Qeyd edək ki, Rafael Nadal US Open-in üçüncü mərhələsinə avstraliyalı rəqibi Tanasi Kokkinakisin zədə üzündən mübarizəni davam etdirə bilməməsi üzündən yüksəlib. Növbəti mərhələdə Nadal cənubi koreyalı Çhun Henlə qarşılaşacaq.