adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Sentyabr 2019 12:35
8413
GÜNDƏM
A- A+

İngiltərədə etiraz aksiyaları davam edir

Böyük Britaniyada parlamentin işinin dayandırılması ilə bağlı etiraz aksiyaları davam edir.

Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mançester, Lids, York və Belfast şəhərlərində minlərlə etirazçı küçələrə çıxıb. Etirazların Edinburq, Belfast, Kembric, Ekseter, Nottingem, Mançester, Qlazqo və Birmingem də daxil olmaqla, 30-dan çox şəhərdə keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson avqustun 28-də parlamentin işinin oktyabrın 14-nə qədər dayandırıldığını bildirib. Son 40 ildə parlament işini ən çox 3 həftəlik dayandırıb.