adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Sentyabr 2019 13:50
8413
GÜNDƏM
A- A+

Tunisin müvəqqəti prezidenti fövqəladə vəziyyət rejimini uzadıb

Tunisin müvəqqəti prezidenti Məhəmməd əl-Nasir avqustun 30-da ölkə daxilində fövqəladə vəziyyət rejiminin 31 dekabr 2019-cu ilədək uzadılmasını nəzərdə tutan fərman imzalayıb.

Adalet.az bildirir ki , bu barədə "Business News" informasiya portalı bildirib.

Bildirilir ki, Tunisdə fövqəladə vəziyyət 24 noyabr 2015-ci ildə, paytaxtın mərkəzində, daxili işlər və turizm nazirliklərinin binaları yaxınlığında terror aktı törədildiyi zaman tətbiq edilib. Prezident mühafizəçiləri olan bir avtobusa intiharçı hücumu nəticəsində 13 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Hücumun məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.