adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Avqust 2019 15:20
8914
GÜNDƏM
A- A+

Prezident İlham Əliyev slovakiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Slovakiya Prezidenti Zuzana Çaputovaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xianım Prezident, ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim sülh və rifah diləyirəm".