adalet.az header logo
  • Bakı 19°C
31 Avqust 2019 17:00
10019
GÜNDƏM
A- A+

Çin Honkonqda repressiyalara başladı

Honkonqda davam edən kütləvi aksiyalar artıq deyəsən, ÇXR hakimyyətinin səbrini tükətmək üzrədir.

Adalet.az  xəbər verir ki, bu gün "Demosisto” partiyasının fəalları Coşua Vonq və Aqnes Çou həbs olunub.

"South China Morning Post” qəzetinin verdiyi məlumata əsasən onlar qanunsuz yığıncaq və kütləvi iğtişaşlar təşkil etməkdə suçlanırlar. Adı çəkilən şəxslər bu il iyunun 21-də polis idarəsinin mühasirəsində xüsusi rol oynayıblar. Coşua Vonq və Aqnes Çou həmçinin 2014-cü ildə "Occupy” (İşağl) hərəkatının iştirakçısı olublar.

Dünən isə polis Honkonqun müstəqilik tərəfdarı Endi Çanı saxlayıb. Onun Tokioya qaçmaq istədiyi vaxt hava limanında yaxalandığı bildirilir. Bundan daha öncə Endi Çan Çində qadağan olunan Honkonqun Milli Qvardiyasına başçılıq eidb.

Həbs olunmalar barədə xəbərlər çıxdıqdan sonra sabaha təyin olunan mitinq təxirə salınıb. Onun təşkilatçısı, "İnsan hüquqları uğrunda cəbhə” təşkilatı 5 il öncə Çinin Honkonqda gerçəkləşdirmək istədiyi seçki islahatlarının (Honkonq əhalisi buna imkan verməyib) 5 illiyinə həsr olunan etiraz aksiyası keçirməli imiş. Təşkilatçılar sakinlərin həyatlarına təhlükə yarana biləcəyi ehtimalından dolayı mitinqi təxirə salıblar.

Xatırladaq ki, Honkonqda Çinə qarşı etirazlar 12 həftədən çoxdur ki, davam edir. Sakinlər rəsmi Pekinin dünyanın ən zəngin sənaye mərkəzlərindən biri sayılan bu bölgəni daha çox mərkəzi hakimiyyətə tabe etdirmək cəhdlərinə qarşı çxırlar.

Musavat.com