adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Avqust 2019 16:22
7442
GÜNDƏM
A- A+

"Toyota"nın baş ofisində yanğın olub

Yaponiyanın Aiçi prefekturasında yerləşən Toyota R&D şirkətinin mərkəzi ofisində yanğın olub.

Adalet.az APA-ya  istinadən xəbərə verir ki, binadakı işçilər təxliyyə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Telekanalın məlumatına görə, yerli vaxtla saat 16.50-də şəhər yanğınsöndürmə xidmətinə binanın səkkizinci mərtəbəsində tüstülənmə olması barədə xəbər gəlib.

Hazırda hadisə yerində 12 yanğınsöndürmə briqadası var.

Yanğının səbəbləri hələlik məlum deyil.