adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Avqust 2019 17:22
10908
GÜNDƏM
A- A+

“Azərkosmos” iyulda 7 milyon dollarlıq xidmət ixrac edib

Bu ilin yanvar-iyul aylarında "Azərkosmos” ASC dünyanın22ölkəsinə25,5milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

"Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın 2019-ci ilin iyul sayında bildirilir.

Məlumata görə, ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin89%-ni təşkil edib.

"Təkcə iyulda isə "Azərkosmos” dünyanın21ölkəsinə6,9milyon dollar dəyərində xidmət ixrac edib. Qurumun 7 ay ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, BƏƏ olub”, - deyə məlumatda bildirilir.