Əbülfət MƏDƏTOĞLU: İNSANLIQ YOLU...

ƏBÜLFƏT MƏDƏTOĞLU
47972 | 2019-08-30 12:37

Heçözümü toparlaya bilmirəm. Elə bil ki, əlimi uzatdığım hər şey uçmağa hazır kəpənəkdi...qaçmağa hazır dovşandı... Tutmaq cəhənnəm,heç toxuna da bilmirəm. Ona görə də əsəblərim də tarıma çəkilib. Hər şeyə, hərkəsə qarşı dözülməz olmuşam. Və bu halımla özüm həm aqreassiv, həm də məzlumkimi görürəm. İnanın ki, bu halı kinolentə alsam, bu yaşananları ssenariləşdirsəm,onda insanın, indiki məqamda isə mənim niyə yaşadığım və ümumiyyətlə, yaşamağınmənim üçün nə qədər mənasız olduğunu görüb heyrətlənərsiniz. Lap əsəbi şəkildə"niyə?” sualını versəniz də, hər bir sualın qarşısında canlı bir varlığın, gerçəkbir hərəkətin, deyilmiş bir sözün dayandığı sizə bəlli olanda onda mənimlərazılaşacaqsınız. Axı, biz bu həyatın bir hüceyrəsiyik. Deməli, həyatın özündəbaş verənlər mütləq bu heceyrəyə də öz təsirini göstərir. Bax, bu mənada mənindi həm üfürülmüş şam, həm də özünə yığılmış bir kirpi kimi nə edəcəyini, nəbaş verəcəyini qərarlaşdıra bilmədən eləcə ortada çapalya-çapalaya qalmışam. Nəadam kimi sevinə bilirəm, nə də ki, adam kimi ölüb qurtarmıra. Bax, ən dəhşətlisidə budu!..

Bəli, səhərin gözü açılandan şər qarışana kimi hər kəs evinə,yuvasına dönənə kimi çalışmaq, çarpışmaq, mücadilə etmək, bir tikə çörəyin izinədüşmək və sonda da bütün bunların ya mənasız bir hərəkət, uğursuz bir addım, yada boğaza tıxanmış düyün olması insana necə rahatlıq verə bilər ki?! Canla,başla, ürəklə işləyirsən, sevirsən, özünü həsr edirsən. Nəticədə ya əlin ətəyindənuzun olur, ya da bütün bunlar boynumuzda bir minnət kimi qalır. Kiminsə səninhala zəhmətinə ödədiyi çörəkpulu da minnətli şəkildə baş töhmətinə çevrilir. İndibelə çörəyə, belə dəyərə hansı adı verəsən? Onu necə çeynəyib udasan?

Düşünməyinki, mən qarın davası, gödəniyyət söhbəti edirəm. Xeyr! Sadəcə olaraq, insanyaranıbsa, yaşayırsa, onun haqları heç olmasa özünün bir ömürlük həyatını idarə etməyə imkan verməlidir. Cah-cəlallayox, sadəcə başını aşağı salıb yaşamasına təminat olmalıdır. Bax, elə buaspektdən də mənim içimi alt-üst edən gerçəkliklərə baxanda özümün gərəksizliyimə,özümün "artıq adam” olmağıma şübhə qalmır. Çox da ki, mən sevgi üçündoğulduğumu şüara çevirmişəm. Özümdən bədbin şəkildə bunu həyat kredomaçevirmişəm. Axı adama deyərlər ki, sən kimsən, sevgi kimdi? Sən hara, sevgihara? Sevgi əslində qarşılıqlı olmalıdır... anlayışlı olmalıdı... Ən vacibibir-birinin varlığnda günah, qüsur yox, işıq axtarmalıdı. Mən isə buyazdıqlarımdan və siz oxucuları soruşduqlarınızdan bir xeyli uzaqdayam...

Lakin sualların,ittihamların sərtliyinə baxmayaraq, indinin özündə də sevgini və Səni düşünürəm.Sevgiyə və sənə qurban etdiyim ömrü o qurbanlıq anına qədər qorumaq niyyətinədəyəm.Hətta yazmışam ki:

Mən səni

bu qədərsevirəm...

və səni

bu qədərsevdiyimi

otdan,ağacdan,

oddan,sudan,

torpaqdan,səmadan

tutmuş

divara,daşa qədər

hələondan da betər

canlı,cansız

hər kəsə

deyirəm,bildirirəm...

qarşılıqyox,

sadəcə

deyimbirbaşa

iynəninucu boyda

diləkdiləyirəm

və deyirəm

ovcundakıürəyimi

bir az bərkçırp

ayağınınaltındakı daşa...

ovcun yükdən qurtarsın.

***

Heç kim heç nədən sığortalanmayıb. Söhbət hansısaşirkətlərin etdiyi sığortalardan getmir. Yəni nə səhiyyənin, nə təhsilin, nəavtomobilin... ümumiyyətlə, bu məzmunlu sığortalardan danışmıram. Söhbət böyükanlamda sabahkı gündən gedir. O sabahın açılıb-açılmayacağından və həmin sabahamənim ayaq qoyub-qoymayacağımdan gedir söhbət. Bunu bir Allah bilir. Və deməli,bu mövzu ətrafında müzakirə açmaq, onudisskusiyaya çevirmək özü hardasa dəliliyin ən yaxşı nişanələrindən biridi.Düzdür, mən tam ağıllı olmağımdan o qədər əmin deyiləm. Çünki tam ağıllıadamlar mənim qədər səhvlər etməyiblər və mənim qədər də səhvlərinin əziyyətiniçəkməyiblər. İnanın ki, tam səmimiyyətimlə deyirəm. Hətta əlimi ürəyimin üstünəqoyub and da içə bilərəm. Ən azından yazı-pozu aləmində nə qədər haqsızlığa tuşgəldiyimi, qarşılığında mənə haqsızlıq edənlərə qucaq açdığımı, onların təkrarməni vurmasına dözməyimi özünüz düşünsəniz, onda ağlıma şübhəniz mütləqyaranacaq. Nə isə...

Bəli, mən bir az da xəyalpərəst, bir az da yerdənküskün adamam. Ona görə də göy üzünə, buludlara daha çox üz tuturam. Vəqurduğum xəyallar da, necə deyərlər, yatanda gördüyüm yuxular da mənə nələrisəpıçıldayır... nələrisə xatırladır. Hətta bəzən xəyalımdan keçirdiyim çin olur.

Elə bu günlərdə səhərin gözü yenicə açılmış nəşriyyatdakıotağımda bir-iki dəqiqəlik gözümün acısını aldım. Və yuxuda gördüm ki, dəyərliustadım Hidayət Elvüsal çox narahatdı. Otaqda gəzişir, özünə yer tapa bilmir. Həmino bir-iki dəqiqəlik yuxudan oyanıb üzümü ona tutub yazdım:


Gecəni kipriklə qor qarışdırdım

Gəzdim, tapammadım, gor qarışdırdım...

Elə əl havası tor qarışdırdım –

Çıxmağa utandım ruhlar üzünə...


Bir az da möhkəm dur, dönüm gözünə...

Sinəmdə göynərti anbaan artıq

Xoşbəxt o kəsdi ki, ürəkdə yatır...

Hər gün Ay da doğur, Günəş də batır –


Hər gün də su damır ümid közünə...

Bir az da möhkəm dur dönüm gözünə...

Gücünü toparla qırılsın yedək

Hərəmiz üz tutub düz səmtə gedək...


Tuğda, Kəlbəcərdə ibadət edək –

Sözün Allahına, sözün özünə...

Bir az da möhkəm dur, dönüm gözünə...

Nə vaxtsa olacaq elin vüsalı


Öpülən dodağın, telin vüsalı.

Qələbə! – adlanan selin vüsalı –

Təpər gətirəcək titrək dizinə...

Bir az da möhkəm dur, dönüm gözünə...

Bəli, şeiri yazandan sonra günün ikinci hissəsindəustad Hidayət Elvüsalla telefon əlaqəsi saxladım. Və məlum oldu ki, səhərə qədərböyrək əziyyəti çəkib, böyrək ağrıları onu haldan salıb, rahatlığını pozub...Bax, bu, ürəkdən-ürəyə yoldu, ruhun-ruha bağlantısıdı. Və bu bir də bizim eynişineldən çıxmağımızın göstəricisidi. Bütün bunları yazmaqla mən kiməsə öncəgörməmi və yaxud duyğusallığımı göstərmək istəmirəm. Sadəcə, həyatın gerçəkliklərini bir işartıyla, birifadəylə xatırlatmaq, diqqətə çatdırmaq niyyətim açıqlayıram. Demək istəyirəmki, bir az diqqətli olaq, bir az duyğusal olaq, bir az anlayışlı olaq.Bir-birimizin nə çəkdiyini, çiynini hansı yükə verdiyini bilək və bildiyimizhalda da unutmayaq. Əks halda, biz özümüz də unudulacağıq... biz özümüz də dəyərsiz,gərəksiz olacağıq... Necə ki, bu gün mən özümü elə hiss edirəm. Ona görə ki, səndaha yüksəkdə, daha uca mərtəbədə, daha həssas məqamlardasan... Mən isə...

Elə bu yerdədözə bilməyib yenə üzümü sənə tuturam:


Gözlərinin duzunu

Sıx yaramın üstünə...

Qaysaqlar cadarlayıb –

Çıx yaramın üstünə...


Sellənib gəlir odu

Batırar məni o su...

Doğradığın kol-kosu –

Yığ, yaramın üstünə...


Kiprikdəki yaşı da

Ad yazılan daşı da...

Həsrətlə savaşı da –

Yıx yaramın üstünə!


Şüşə ürək ta sınsın

Sözüm səsdən asılsın!

Möhür kimi basılsın –

Tuğ yaramın üstünə!

***

Adətən ruzi Allahdan gəlib deyiblər. Onunverdiyinin qarşısını kimsə bağlaya bilməz. Elə ona görə də daş üzərində ağacbitirən o güc sahibinə səcdə edirik və bilirik ki, daşı da göyərdir Tanrınız!Amma ruzinin qədrini bilmək, ruziyə dəyər vermək də insanın, yəni Allah bəndəsininbir missiyası, bir borcudu. Çox təəssüf ki, Allahın verdiyini bəndələr öz adınaçıxır və kiminsə başına qaxır bunu. Və beləcə halal haqqın olan, Tanrı verənqismət səni həmişə sıxır. Bu fikrə mən təkrar ona görə qayıdıram ki, sevgini dəverən Allahdı. Ondan qaçmaq, ondan qurtulmaq və onu kiminsə üzünə çəkibutandırmaq... bütün bunlar mənə görə, ən azından insafsızlıqdı. Bax, eləinsafsızlığın özü də adamı səbrdən çıxarır, adamın ürəyini partladır. Düşünürsənki, insan olaraq, bəndə olaraq, heç bir qarşılıq ummadan yalnız Allah xatirinəedilən hərəkət, göstərilən bir diqqət niyə madiyyat olaraq təmənnalı görünür, təmənnalıhesab edilir. Axı Yaradan hər kəsin çiynində bir mələk oturdub. Kim onu görürsə,kim başını döndərib ona baxırsa, o, Allahın yolunda və bir də Allahın onun qəlbində açdığı yoldançıxa bilməz. Bu sevgi yoludu. Bu böyük anlamda İNSANlıq yoludu. Biz niyə hər şeydən qarşılıq gözləyirik? Biz niyə hərşeydən umacaqlıyıq? Bu sualın cavabını tapa bilmirəm. Şəxsən mən təmənnadandaha çox diqqət xəstəsiyəm. Yəni kimin üçünsə bir iynə ucu boyda nəsə etmişəmsə, onunqarşılığını yox, onun diqqətini görmək istəmişəm. Bunu da ona görə içimdənkeçirmiçəm ki, həmin görülən işin faydalılığına bir daha inanım. Daha başqa birtəmmənam olmayıb...

Bəli, indi özümü toparlaya bilmədiyim bu məqamdabir daha ağlımdan keçirirəm ki, görəsən nə zamana qədər maddiyyat şəxsən mənimüçün problemə çevriləcək? Və nə zamana qədər biz onu müzakirə edəcəyik? Busualdan sonra bir anlıq susuram. Elə bilirəm ki, daha hər şey bitdi, hər şey özyoluna, öz axarına qayıtdı... Bu, daxili inamdı... bu, özümün verdiyim qərardı...Amma sənin inamının, qərarının nəolacağını söyləməkdə acizlik çəkirəm. Çünki...

Həyatın ən sərt, ən amansız dönəmi təbii ki, mənimüçün düşünmədiyim, heç ağlımın ucuna da gətirmədiyim nələrində sənin dilinə gəlməsi,səni qıcıqlandırmasıdı. Bunu heç vaxt həzm edə bilməmişəm... bunu heç vaxt nə sənəyaraşdırmışam, nə də özümə. Ona görə də yumruqlarımı dizimə çırpmaq belə mənəyersiz görünür. Sadəcə, gəldiyim ilk qənaət bu olub ki, Sən məni yanında görməkistəmirsən! Başqa heç nə ağlımdan keçməyib.Və...

P.S. Bəli, dözülməz olduğumu bilirəm. İddialarımdanyox, istəklərimdən kimlərinsə bezdiyini də öyrənmişəm. Və deməli, özüm öz içimdənə boyda günahkaramsa, ondan xəbərim var. Amma çox istərdim ki, elə günahlarımıda özüm boyda görəsiniz... dözülməzliyimi də özüm kimi yozasınız... Allah köməyinizolsun, mənə dözənlər!


TƏQVİM / ARXİV