adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Avqust 2019 11:15
13792
MƏMLƏKƏT
A- A+

Diqqət! Bu yolda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 30-31 avqust tarixlərində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-35-ci km-də (hər iki istiqamət üzrə) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Adalet.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir.

Bu üzdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur