adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Avqust 2019 10:32
23423
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: QALDI

Bitdi - qəm ortaqlığı
Nəğmə yarıda qaldı...
Ləçəklər öpülmədi -
Günah ... arıda qaldı...

Kömək ol !- Tanrım deyə
Əlimi açdım göyə...
Anlamadım ki, niyə -
Duam Tanrıda qaldı?!

Dərdi ha soyalar da
Böyüyüb , boy alar da!
Qarışan boyalarda -
Diqqət sarıda qaldı...

Əbülfət, yox olsam da
Söz - sözə toxusam da...
Nə qədər oxusam da -
Ümid - darıda qaldı...