adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Avqust 2019 15:52
23649
KRİMİNAL
A- A+

Ata və oğul iki qardaşı bıçaqladı - TƏFƏRRÜAT

Bakıda iki qardaşı öldürməyə cəhd etməkdə təqsirli bilinən Ağdam rayon sakinləri Mübariz Əzimov və onun oğlu Ruslan Əzimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Adalet.az ölkə.az-a istinadənxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi sentyabr ayının 9-na təyin olunub.

İttihama görə, Mübariz Əzimov və Ruslan Əzimov Xətai rayonu ərazisində Eltən Rüstəmov və onun qardaşı Elçinlə şəxsi münasibətlər zəminində mübahisə ediblər.

Pul borcu üstündə yaranan mübahisə sonda davaya çevrilib. Ata və oğul hər iki qardaşa çoxsaylı bıçaq zərbələri vurublar.

Hər iki yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.
Cinayəti törədən ata və oğul könüllü polisə təslim olublar.

İstintaq orqanı tərəfindən Mübariz Əzimov və onun oğlu Ruslan Əzimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.