adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Avqust 2019 15:27
16258
MƏMLƏKƏT
A- A+

Xırdalanda itkin düşən azyaşlı qızlar tapıldı

Bu gün səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində itkin düşən iki azyaşlı qız tapılıb.

Bu barədə uşaqlardan birinin anası, həkim Aynur Qəribova məlumat verib. Onun sözlərinə görə, uşaqlar marşrut avtobusuna minərək naməlum istiqamətdə gediblər.

"Uşaqlardan biri mənim qızım, digər isə qardaşımın qızıdır".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102" telefon xəttində məlumat daxil olduqdan sonra, polis əməkdaşları onları tapıblar. Hazırda faktla bağlı araşdırma aparılır.(azvision.az)