adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Avqust 2019 13:26
27838
DÜNYA
A- A+

Tayland Ali Məhkəməsi myanmarlı iki fəhləyə ölüm hökmü verdi

İki ingilis turistin ölümündə təqsirləndirilən myanmarlı fəhlələr Rakxayn Zo Lin və Vay Pxyonun məhkəmə prosesi başa çatıb.

Adalet.az xəbər verir ki, 2014-cü ildə Tao adasında baş vermiş cinayətdə ingiltərəli evli cütlük olan gənc qadın və kişi qətlə yetirilib. Ekspertiza nəticəsində qadının öldürülmədən əvvəl zorlandığı da məlum olub.

Həbs olunduqdan sonra cinayəti etiraf edən fəhlələr məhkəmə prosesi zamanı bütün ittihamları rədd edib və polisin təzyiqi ilə cinayəti üstləndiklərini bildiriblər.

Uzanan məhkəmə prosesində DNT analizlərinin aparılması ilə təqsirləndirilən şəxslərin cinayəti törətmələri faktı sübut olunub və məhkəmə hər iki cinayətkar üçün ölüm hökmü verib.

Məhkəmənin qərarı Myanmarda vətəndaşların etirazına səbəb olub. Vətəndaşlar Myanmardakı Tayland səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

Qeyd edək ki, 1935-ci ildə Talyand cinayət məcəlləsinin qüvvəyə minməsindən sonra ölkədə 326 adam edam edilib. Həmçinin hər il amnistiyalar nəticəsində ölüm hökmünün ömürlük həbs ilə əvəzlənməsi halları da olur.

Son 15 ildə isə Taylandda 3 adam edab edilib. İki nəfər 2009-cu ildə, bir nəfər isə 2018-ci ildə. Edam növü kimi isə ölümcül inyeksiya istifadə olunur. 2003-cü ilə kimi məhkumlar pulemyotdan atəş açılaraq edam olunurdu.

Ulucay Akif