“Uşaq pulları ilə bağlı birgə müzakirələr aparılır” - Siyavuş Novruzov
"Oxucuların yazdıqlarından aydın olur ki, onları ən çox düşündürən pensiya və aylıq müavinətlərin artırılması, uşaq pulları ilə bağlı məsələlərdir"
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Facebook” səhifəsində yazıb.
O, bildirib ki, hər bir Azərbaycan vətəndaşı firavan və xoşbəxt yaşamağa layiqdir: "Cənab Prezidentin sosial sahədə həyata keçirdiyi siyasətin əsas qayəsi məhz budur. Bu siyasətin tam mərkəzində Azərbaycan insanı durur. Biz pensiya, aylıq müavinətlər və uşaq pulları ilə bağlı parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müzakirələr aparırıq. Çalışırıq ki, xüsusilə uşaq pulu ilə bağlı elə bir forma müəyyənləşdirək ki, uşaqların zəruri tələbatlarını qarşılaya bilsin, eyni zamanda ailənin maddi yükünü azaltsın. Mən parlamentdə büdcə müzakirələri zamanı dəfələrlə təqaüdlərin və müavinətlərin, o cümlədən Qarabağ, Çernobl və Əfqanıstan müharibəsi veteranlarının müavinətlərinin artırılması məsələsinə toxunmuşam. Cənab Prezidentə bir daha təşəkkür edirik ki, bu təklifləri nəzərə alaraq 2019-cu ildə bu sahədə bir sıra sərəncamlar imzalayıb".
Milli Məclisin komitə sədri qeyd edib ki, siyasi fəaliyyəti dövründə həmişə xalqın və seçicilərinin yanında olub: "Onların maraqlarını təmin edən çıxışlar etmişəm. Mən yenə də bu fikirdəyəm ki, "Facebook" səhifəm məni dostlarıma, həmvətənlərimə daha da yaxın edəcək. İstənilən konstruktiv fikir mübadilərinə və tənqidərə həmişə hazıram. Sizdən xahişim odur ki, xoş niyyət və fikirləriniz üçün daima açıq olan bu platformanı söyüş meydanına çevirməyək".
Digər Xəbərlər
24 Aprel 2024 20:48
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİ
24 Aprel 2024 18:53Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anı
24 Aprel 2024 18:49“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşı
24 Aprel 2024 14:37Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
24 Aprel 2024 14:36