adalet.az header logo
  • Bakı 13°C
29 Avqust 2019 13:11
24603
MARAQLI
A- A+

Alimlər: Kişilər qadınlardan gec böyüyür

Çoxumuz yaşlı kişilərin özlərini uşaq kimi apardığını deyirik. Qadınların isə daha tez yetkinliyə çatdıqları hesab olunur. Alimlər bu fikirlərin həqiqətdən uzaq olmadığını aşkarlayıb.

Məlum olub ki, kişi və qadınların beyni gündəlik həyatda tətbiq olunan eyni qabiliyyətləri inkişaf etdirir. Buna baxmayaraq, kişilər funksional şəbəkələrinin uzunmüddətli inkişafında qadınlarla müqayisədəçox vaxt daha ləngdirlər. Məhz buna görə də onların daha gec böyüdüyü hesab olunur. Qadınlarda isə adıçəkilən şəbəkələrin vaxtından öncə köhnəlməsi müşahidə olunur.

Oksford Universitetinin alimləri tərəfindən keçirilən təcrübə zamanı məlum olub ki, insan beyninin yetkinləşməsi onun funksional və struktur xüsusiyyətlərinin uzunmüddətli inkişafının nəticəsidir. Bu xüsusiyyətlər zamanlabizim həyatımıza öz təsirini göstərir. Alimlər yetkinləşmə zamanı hansı psixi xüsusiyyətlərin dəyişdiyini, hansıların isə stabil qaldığını aydınlaşdırmağa çalışıblar.

Tədqiqatçılar beyin vizuallaşdırması yolu ilə dörd yaşından 40 yaşınadək 121 iştirakçının beynini araşdırıblar. Nəticə çıxarılarkən iştirakçıların yaş və cinsinəzərə alınıb.

Qadın beyninin daha effektiv olduğunu təsdiqləyən başqa məlumatlar da mövcuddur. Bu qənaətə gələnlərdən biri Meksikanın Milli Muxtar Universitetinin Tibb fakültəsinin fiziologiya və farmakologiya üzrə professoru Eduardo Kalikstodur.

O, bu yaxınlarda dərc etdiyi yazıda qeyd edirki, qadın beyninin yaddaşı daha güclüdür, onlarda daha çox sinir əlaqələri var, qadınlarrəng və ətirləri xırdalıqlarınadək dərk edə bilirlər. Kaliksto bu göstəriciləri hormonlarla əlaqələndirir.

Beləliklə, hazırda elm sayəsində əminliklə deyə bilərik ki, qadın və kişilərin beyni həqiqətən də fərqli işləyir. Bu isə onların davranışlarının və emosional yetkinlik dərəcələrinin fərqli olmasına səbəb olur.