Faiq QİSMƏTOĞLU: QAPIM DÖYÜLÜR...

FAİQ QİSMƏTOĞLU
45139 | 2019-08-29 12:56

... Ayaqsəsləri eşidilir. Və bu ayaq səsləri kimin və nəyin ayaq səsləridi bilmirəm.Bildiyim odur ki, istər padşah ol, istərsə də nökər, bir gün qapın döyüləcək.Qapın döyüləcəksə, sən buna hazır olmalısan! Var-dövlətinlə, qızıl-gümüşünlə,imarətlərinlə yox; sadəcə olaraq, əməli-saleh və yaxşı işlərin qapın döyüləndəAllahın dərgahında sənin köməyinə, dadına çata bilər...

Nə etməkolar ki, bizim çoxumuz qapının döyülməsini heç yada salmırıq, bir an belə düşünməkistəmirik. Düşündüyümüz odur ki, elə bu dünya belə gəlib, belə də gedəcək. Hətta bəziləri belə deyir: "Əşi, beşgünlük dünyadı da, ye, iç kef elə! Qalanı Allaha kərimdi”. Və çoxumuz dadünyanı beş günlük hesab eləyirik, yeyirik, içirik, kef eləyirik!..

Yadımızabir dəfə də olsun belə Ulu Yaradanı salmırıq. Elə bil səhv elədim, salırıq: çətinə,dara düşəndə Allaha yalvarırıq ki, sən məni bu bəladan xilas elə! Qurbanolduğum Ulu Yaradan hər şeyi eşidir. Amma hər yalvarışı, hər duanı qəbul eləmir.Çünki baxır o duanı, o yalvarışı eləyən adam nə qədər Allaha yaxın, əməli-saleh,ədalətli və insaflıdır.

... Qapımdöyülür... Qapınız döyüləcək... Elə bir qapı olmayacaq ki, o qapı döyülməsin. Oqapı döyülməmişdən öncə hər bir insan, hər bir adam axirəti üçün yaxşı əməllər,yaxşı işlər görməlidir.... Qapım döyülür və ürəyim buz kimidir. Heç kiminhaqqını yeməmişəm və heç kimin də yanında gözükölgəli, suçlu deyiləm. Köməyiməböyük Ramiz Rövşənin aşağıdakı dörd misrası çatır:

...Qapım döyülür deyəsən,

Cəlladmısan,əcəlmisən?!..

Hər kimsənsə,xoş gəlmisən,

Hər gələnqonağa şükür...

... Vəbiz ölüm mələyini, o gözəl qonağı hər an, hər dəqiqə sevgiylə qarşılamalıyıq. Həyatısevdiyimiz kimi ölümü də sevməliyik. Çünki bizi yaradan yaratdığı kimi nəvaxtsa da öz dərgahına aparacaq. Və Allahın dərgahına əməli-saleh işlərimizləüzüağ getməliyik. Amma nə etmək olar ki, yüksək vəzifədə olanlar, xalqın dərisinisoyub içinə saman təpənlər, məzlum insanların haqqını yeyənlər Ulu Yaradanın dərgahındaburda olduğu kimi kef eləməyəcəklər. Yəni nə eləmisənsə; yaxşı, pis hamısınınya mükafatını, ya da cəzasını alacaqsan. Və bir də millətinə, xalqına, dövlətinəxəyanət edən adamlar ölümdən bərk qorxurlar. Çünki onlar yaxşı bilirlər ki,hansı qələtlər eləyiblər, hansı haqsızlıqlar törədiblər, kimlərin halal haqqınımənimsəyiblər.

Bir ər-arvadvarmış düşünürlərmiş ki, ölməyəcəklər. Hər ikisi fikirləşir, axırda bu qərara gəlirlərki, elə bir yerə gedib çıxsınlar ki, orda ölüm və qəbiristanlıq olmasın. Azgedirlər, çox gedirlər, gəlib bir vilayətə çıxırlar. Görürlər ki, balam, burdabir qəbiristanlıq belə yoxdu, camaat da kef eləyir. Ər-arvad deyir:

- Bax,bizim axtardığımız yer buradı. Biz də bu camaat kimi yaşayıb kef eləyərik.

... On-onbeş gün keçir, eşidirlər ki, qonşuda bir nəfər xəstələnib can üstədir. Adamlarda onun başına yığışıb çox böyük sevinclə onun ölməyini gözləyirlər. Arvadlakişi bu səhnəni görüb təəccüblənir. Bir-birinə deyir ki, bunlar nətəricamaatdı. Bizdə adam can verəndə ağlaşma olur, bunlar isə çırtıq vurub oynayırlar.Yarım saatdan sonra can verən adam ölür; onun yanındakılar əlində bıçaq, baltabiri başını kısir, bir qolunu doğrayır, biri ayaqlarını kəsir, biri dəbağırsaqlarını çırıb dağıdır. Və başlayırlar kəsdikləri yerdən götürdükləri ətiqanlı-qanlı ağızlarına dürtməyə...

Kişiyləarvad bərk qorxuya düşür, dabanlarına tüpürüb öz məmləkətlərinə qaçırlar. Şüküreləyirlər ki, canımız bu vəhşilərin əlindən yaxşı qurtardı. Yenə bizdə adamdünyasını dəyişəndə xətir-hörmətlə kəfənə büküb qəbiristanlıqda dəfn edirlər.Bu hədisdən belə bir nəticə hasil olur ki, istəyirsən yerin dibinə gir, istəyirsəngöyün yeddinci qatına qalx. Hara üz tutsan əcəlin tamam olanda ölüm mələyibaşının üstünü kəsdirəcək. Və bu ölüm mələyi başının üstünü kəsdirirsə, Allahınəmriylə olur. O nə bir dəqiqə gec, nə də bir dəqiqə tez gələ bilər. Yenə böyükRamiz Rövşənin "Bütün dostlar sağ ola kaş” şeiri yadıma düşür:


Mən öləndəağlamağa

Bütündostlar sağ ola kaş.

Gözlərimibağlamağa

Heçə cütbarmaq ola kaş.


Boynunubüküb qapıda,

Bir qızgöz yaşı axıda...

Üç balamşirin yuxuda,

Qadınımoyaq ola kaş.


Güctapmasam ev tikməyə,

Qapımdaağac əkməyə.

Kəfənyox, məni bükməyə

Biryaşıl yarpaq ola kaş...


Heçbilmirəm bu mövzu hardan yadıma düşdü. Əbülfət Mədətoğlunun sözü olmasın,qanınızı qaraltdımsa, kefinizə soğan doğradımsa, buna görə üzr istəyirəm.Vallah, məni sevənləri mən də çox istəyirəm. Bunu məni tanıyanlar hamısı yaxşıbilir. Və bəzən görürsən ki, adam kövrəlir, içindəki dərd, ələm onu boğur, bax,onda adam Allaha bir köynək də yaxınlaşır. Mən də bu yazını qələmə aldım ki, bukədərli, bu qəmli anlarımda qurban olduğuma bir az da yaxınlaşım....

... Lapyadımdan çıxmışdı. Axı sabah qardaşımın bacanağı, böyük ziyalı və gözəl insan, BDU-nunprofessor Tahir Baxşəliyevin oğlu Turqutun və tələbə yoldaşım, polis mayoruGövhər xanım Rzayevanın oğlanlarını toyudur. Mübarək olsun! Hər iki toya dəvətliyəm.Allah qoysa, o toyda iştirak edəcəyəm. Və Ulu Yaradan hamının övladına toy qismət eləsin! Və bir dəhamınıza toylu-büsatlı bir ömür arzulayıram...


TƏQVİM / ARXİV