adalet.az header logo
  • Bakı 18°C
29 Avqust 2019 12:34
29351
DÜNYA
A- A+

İclasa velosipeddə gələn Kliçko vəzifəsindən azad edilə bilər

Kiyev şəhərinin meri Vitaliy Kliçko Ukrayna Ali Radasının ilk iclasına velosipeddə gəlib.

Adalet.az Rusiya mediasına istinadən xəbər verir ki, Vitaliy Kliçko jurnalistlərə açıqlamasında velosipeddən çox tez-tez istifadə etdiyini və şəhərin müasir olması üçün hər şey etdiklərini bildirib.

Xatırladaq ki, Vitaliy Kliçko Ukrayna prezidenti Vladimir Zelenskinin andiçmə mərasiminə də velosipeddə gəlmişdi.

İclasa velosipedlə gəlməyi ilə əlaqəsi olmasa da, ölkə rəhbərliyi Kliçkonu ikinci vəzifəsi olan Kiyev Şəhəri Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən azad etmək istəyir. Ukrayna qanunvericiliyinə görə bu vəzifəyə xalq seçkisi ilə gəlinsə də, hökümət göstərişi və Prezidentin sərəncamı ilə vəzifədən azad edilə bilər.