adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Avqust 2019 12:00
19995
İDMAN
A- A+

Həkimdən "Real"ın ulduzuna sərt ittihamlar - "saçını və qaşını düzəltdirməkdənsə..."

Kolumbiya millisinin sabiq həkimi Ektor Fabio KrusReal-ın yarımmüdafiəçisi Xames Rodrigesi sərt şəkildə tənqid edib.

Adalet.az goal.az-a istinadən xəbər verir ki, o, Xamesin peşəkar olmadığını düşünür: "Bu cavan oğlan futbola köklənməyib. Oyunlara hazırlaşmaq və öz üzərində işləmək əvəzinə o, saçını və qaşını düzəltdirir. İldə 7,5 milyon avro qazanan futbolçu məşqlərinə laqeyd yanaşmamalıdır. Real kimi böyük klublar bəzən elə hesab edirlər ki, onların futbolçuları peşəkardırlar və yaxşı məşq edirlər. Amma Xames bunu etmir. Çünki problem onun başındadır".

Həkim Portuqaliyalı millisinin hücumçusu Kriştiano Ronaldonu peşəkar adlandırıb: "O, yaxta ilə Yunanıstana gedərək ailəsi ilə bir həftə istirahət etdi. Növbəti həftədə isə Ronaldo artıq yeni mövsümə hazırlaşır və ona düz 15 nəfər kömək edirdi. O, mənim gördüyüm ən böyük peşəkardır".