adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Avqust 2019 11:34
22471
İDMAN
A- A+

Barcelona Neymarın transferini sabah açıqlayacaq

Barcelonasabiq futbolçusu Neymarı yenidən heyətə qatır.

Adalet.az goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubu avqustun 29-da Neymarı ictimaiyyətə təqdim edəcək.

Klub 27 yaşlı hücumçunu geri qaytarmaqla bağlı PSG ilə yekun razılıq əldə edib.

Müqavilənin detalları barədə məlumat verilməyib.

Bir müddət əvvəl RAC1 radiosu razılığın əldə olunduğunu açıqlamışdı. Hətta, Barcelona-nın satış üçün braziliyalı oyunçunun formalarını sifariş etdiyi bildirilmişdi.

Qeyd edək ki, Neymar 2 il əvvəl Barcelona-dan PSG-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var.