adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Avqust 2019 11:17
34314
DÜNYA
A- A+

Türkiyədə edam cəzası qüvvəyə minə bilər - Ərdoğan danışdı

Adalet.az xəbər verir ki, Moskva ziyarətindən döndükdən sonra jurnalistlərə danışan Ərdoğan son hadisələrlə və atılacaq addımlarla bağlı bunları deyib:



- Ədliyyə nazirinə dedim, hüquqi müstəvidə nə etmək lazımdırsa, əvvəlcə onu edəcəksiniz. Açıq danışacağam, təbii ki partiyamdakı insanlar da daxil, mənim də könlüm edam cəzasını istəyir. Bir qadını bıçaqlayaraq öldürürsən, həm də qızının gözləri önündə. O övlad da "ana, ölmə” deyir. Qadın qan içində. Ondan sonra bəziləri çıxır və insan haqqlarından dəm vurur. "Bunu necə istəyə bilirsiniz? Bu, Avropada yoxdur” deyirlər Avropada yoxdursa, olmazmı? Avropada bu yox deyə biz doğru yoldan, haqdan azacağıq? ABŞ-ın müxtəlif əyalətlərində var. Dünyanın müxtəlif ölkələrində də var. Demək ki, ola bilər. Can bu qədər bəsitdirmi? "Əfəndim, insan haqları bunu qəbul eləməz” deyirlər. Qəbul eləməsin. Parlamentdə müzakirə olunsun, qərar versə, mən də təsdiqləyəcəm. Vicdanımın səsinə də inanıram.