adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Avqust 2019 11:15
22848
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: VƏTƏNDƏ VƏTƏNSİZLİK NİSGİLİNİN ŞEİRİ

Gözlərinin duzunu
Sıx, yaramın üstünə...
Qaysaqlar cadarlayıb -
Çıx , yaramın üstünə...

Sellənib gəlir odu
Batırar, məni o , su!
Qopartdığı kol - kosu -
Yığ, yaramın üstünə...

Kiprikdəki yaşı da
Ad yazılan daşı da...
Həsrətlə savaşı da -
Yıx , yaramın üstünə!

Şüşə ürək ta sınsın...
Sözüm səsdən asılsın...
Möhür kimi basılsın -
Tuğ, yaramın üstünə!