Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | FHN-in İdman Sağlamlıq Mərkəzində çempion yanğınsöndürənlərlə görüş keçirilib Adalet.az | FHN-in İdman Sağlamlıq Mərkəzində çempion yanğınsöndürənlərlə görüş keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

FHN-in İdman Sağlamlıq Mərkəzində çempion yanğınsöndürənlərlə görüş keçirilib

9247    |   2019-08-29 10:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.

FHN-dən verilən məlumata görə, Nazirliyin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları - Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon N saylı bölməsinin yanğınsöndürəni kiçik çavuş Əşrəf Bayramovu və DYMX Binəqədi rayon hissəsinin yanğınsöndürəni çavuş Toğrul Mikayılovu əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, Əşrəf Bayramov 26 oktyabr 2017-ci il tarixində İtalyanın Karrara şəhərində keçirilmiş MMA döyüş növləri üzrə dünya çempionatında gümüş medal qazanıb. Bundan əlavə, idmançımız 20 iyul 2019-cu il tarixində Gürcüstanın Batumi şəhərində keçirilmiş MMA üzrə professional döyüşdə 56 kq çəki dərəcəsində çıxış edib və erməni idmançıya qalib gələrək çempion olub. Aprel döyüşlərinin iştirakçısı olmuş, DYMX Binəqədi rayon hissəsinin yanğınsöndürəni çavuş Toğrul Mikayılov isə 23-25 avqust 2019-cu il tarixlərində Rumıniyada keçirilən Kung-fu Sanda üzrə Dünya Çempionatında 60 kq çəki dərəcəsində mübarizə apararaq qızıl medalın sahibi olub.




İmza:
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK