adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
28 Avqust 2019 16:34
8578
HADİSƏ
A- A+

Spirtli içkiləri gömrükdən gizlicə keçirdi, amma sata bilmədi - FOTO

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə "Mercedes-Benz E300" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan spirtli içkilərin olduğu barədə məlumat daxil olub.

Komitədən bildirilibki Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həmin avtomobil Gəncə şəhəri ərazisində saxlanılıb və baxış keçirilib.

Baxış zamanı Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin salonunda və yük yerindəki sellofan torbalarda spirtli içkilərin olduğu müəyyən edilib. Sellofan torbalara ətraflı baxış keçirilməsi üçün avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib.

Yoxlama zamanı sellofan torbaların içərisində 1 litrlik, üzərində "Bombay Sapphire" yazılan 27 ədəd, üzərində "Aperon" yazılan 14 ədəd, üzərində "Jameson" yazılan 26 ədəd, üzərində "Sierra" yazılan 30 ədəd, üzərində "Bacardi" yazılan 28 ədəd, üzərində "Finlandia" yazılan 7 ədəd, üzərində "Jim Beam" yazılan 18 ədəd, üzərində "Optium Ron Blanco" yazılan 6 ədəd, üzərində "Optimum Premium Black" yazılan 5 ədəd, üzərində "Ballantines" yazılan 10 ədəd və 0.5 litrlik, üzərində "Yeni Rakı" yazılan 30 ədəd Azərbaycan aksiz markası ilə markalanmayan spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.